Ukraynalıdan FİFA-ya ağır ifadələr: “Zombiləşmiş”, “təkhüceyrəli orqanizmlər”
Ukraynalı futbolçu Roman Zozulya Qətərdə keçirilən dünya çempionatında “Azov” batalyonunun rəmzləri olan bayraqla bağlı qalmaqala reaksiya verib.
Xatırladaq ki, İspaniya millisinin azarkeşləri Almaniya ilə oyunda (1:1) “Azov”un rəmzləri əks olunan bayraq açıblar. Bir neçə dəqiqə sonra FİFA nümayəndələri ispan azarkeşlərə yaxınlaşaraq, bayrağı onlardan alıb.
Komanda.az xəbər verir ki, Zozulya sosial şəbəkə hesabındakı paylaşımında FİFA-nın ünvanına ağır ifadələr işlədib:
“FİFA Rusiya təbliğatının qurbanıdır. Almaniya – İspaniya matçında ispan azarkeşlər üzərində “Azov” rəmzləri olan böyük Ukrayna bayrağını açıblar. Bir neçə dəqiqə sonra FİFA nümayəndələri peyda olub və bayrağı ələ keçiriblər. Çünki bayraq onların bir növ, standartlarını pozur və guya qadağandır. Zombiləşmiş FİFA-da heç nə görmürlər, eşitmirlər.
Ümid edirəm ki, Ukrayna Futbol Federasiyası və Ukrayna Gənclər və İdman Nazirliyi də FİFA nümayəndələrinin belə biabırçı davranışına cavab verəcək. Və bayrağımızın tribunalarda qaldırılmasını qadağan edən təkhüceyrəli orqanizmlər üzr istəyəcəklər”.
Bu ilin fevralında Rusiya Ukraynaya hücum edib və müharibə hələ də davam edir.
Bizi Facebook-da izləyin