Ukraynalı referi əsirlikdən xilas edildi – FOTO
Ukraynalı futbol hakimi Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko şəxsi “feysbuk” hesabında bildirib.
İxtisasca neyrocərrah olan referi digər məhbuslarla birlikdə sərbəst buraxılıb. O, müharibə zamanı Mariupol şəhərində yaralıları xilas edib.
Kubryak aprelin 12-də tutulub. 34 yaşlı hakim müharibəyədək Ukrayna 1-ci liqasının oyunlarına təyinat alıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin