Xanımından Luninin karyerası ilə bağlı mesaj – FOTO

Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Luninin həyat yoldaşı Anastasiya Lunina ərinin karyerasını hansı klubda davam etdirəcəyinə işarə verib.

Komanda.az xəbər verir ki, ukraynalı qolkiperin xanımı sosial şəbəkələrdən birində “Real”ın yeni qapıçı forması ilə foto yayımlayıb ki, bu da böyük ehtimalla, Luninin “kral klubu”nda qalacağını və hələlik komandanı dəyişməyəcəyini göstərir.

Lunin ötən mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, onlardan 12-də qapısını toxunulmaz saxlayıb.

Luninin belçikalı qapıçı Tibo Kurtuanın kölgəsində qalacağından və oyun praktikasının mümkün olmamasından narazı olduğu bildirilirdi. Həmçinin, ukraynalı qolkiperin Çempionlar Liqasının finalında oynamadığı üçün məşqçilər heyəti ilə münaqişə yaşadığı da vurğulanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button