“Real”ın qapıçısı Premyer Liqa klubuna keçə bilər

“Real”ın qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “TodoFichajes-ə istinadən xəbər verir ki, “Mançester Siti” “Real”da yaxşı mövsüm keçirən 25 yaşlı qolkiperə diqqət yetirir. “Şəhərlilər” Ederson Moraesin yerinə qapıçı axtarırlar, çünki braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Lunin 2023/24 mövsümündə bütün turnirlərdə 31 matçda meydana çıxıb. Ukraynalı qolkiper 12 matçda qapısını toxunulmaz saxlaya bilib. Onun “Real”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button