Ukraynalı qadınlar bayrağa büründülər – FOTO

Ukrayna millisinin futbolçuları 2023-cü il qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Şotlandiya yığması ilə oyununa dövlət bayrağına bürünərək çıxıblar.

Komanda.az xəbər verir ki, Rzeşov şəhərindəki (Polşa) “Stal” stadionunda keçirilən oyun şotlandiyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şotlandiya ilə oyundakı məğlubiyyətə görə ukraynalılar DÇ-2023-ün pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirib. Ukrayna millisi maksimum 13 xal toplaya biləcək. Şotlandiyanın xalı da eynidir, lakin ukraynalılar şəxsi görüşlərdə onlardan geri qalırlar.

2023-cü ilin qadınlararası dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button