Ukraynalı narazıdır – “Real”dan ayrılmaq istəyir

Ukraynalı qapıçı Andrey Lunin oyun praktikasının olmaması səbəbindən “Real”dan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

La Liqanın son mövsümündə 24 yaşlı qolkiper cəmi 7 oyun keçirib. Onun “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Madrid klubu Lunini əvəzləmək üçün iyunun 30-da azad agent ola biləcək qapıçı David Sorianın namizədliyini nəzərdən keçirir. Lakin qeyri-rəsmi məlumatlara görə, 30 yaşlı ispan qolkiper artıq klubu “Xetafe” ilə müqaviləni uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button