Ukraynalı mütəxəssisdən “Sabah”ın baş məşqçisinə təşəkkür

Ukraynanın “Olimpik” klubunun baş məşqçisi İqor Klimovski hazırda “Sabah”a rəhbərlik edən Visente Qomesin Donetsk təmsilçisindəki işini dəyərləndirib.

Komanda.az xəbər verir ki, ukraynalı 45 yaşlı mütəxəssis ispan həmkarına təşəkkür edib:

“Məndən öncə “Olimpik”in baş məşqçisi Visente Qomes idi. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb. Biz onun başladığı işi davam etdirməyə çalışırıq. Qomesdən çox şey öyrənmişəm. Ona minnətdaram”.

Qeyd edək ki, 2019/20 mövsümündə “Olimpik”in baş məşqçisi olmuş Visente Qomes cari mövsümün əvvəlindən “Sabah”ın sükanı arxasında çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button