Sergey Rebrovun yeni iş yeri açıqlandı

Ukraynalı mütəxəssis Sergey Rebrovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “Əl Əyn” komandasına baş məşqçi təyin olunub. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rebrovla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Sergey Rebrov daha əvvəl Ukraynada “Dinamo” (Kiyev), Səudiyyə Ərəbistanında “Əl Əhli” kimi klublarda baş məşqçilik edib. Ukraynalı mütəxəssis son olaraq Macarıstan “Ferentsvaroş”unu çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button