Ukraynalı keçmiş idmançı saxlanıldı – Ruslara “işləyirmiş”
Ukraynanı iki dəfə Yay Olimpiya Oyunlarında təmsil etmiş ağırlıqqaldıran Gennadi Krasilnikov saxlanılıb.
Komanda.az “Glavred” nəşrinə istinadən xəbər verir ki, buna veteran idmançının Rusiya ordusuna “işləməsi” – yardım etməsi səbəb olub.
45 yaşlı keçmiş idmançı Rusiya hərbçilərinin atəşini tənzimlədiyi üçün saxlanılıb.
Krasilnikov 2000-ci ildəki olimpiadada 9-cu, 4 il sonrakı Olimpiya Oyunlarda 4-cü yeri tutub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin