Ukraynalı jurnalistdən Ermənistanın baş məşqçisinə: “Utanmırsan?”
Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros Ukrayna ilə həmrəylik barədə suala cavab verməkdən imtina edərək, mətbuat konfransını tərk edib.
Komanda.az xəbər verir ki, UEFA Millətlər Liqasının Ukrayna – Ermənistan (3:0) qarşılaşmasından sonra keçirilən mətbuat konfransında jurnalist Kaparrosdan nəyə görə Ukrayna ilə həmrəylik nümayiş etdirmədikləri haqda soruşub. Yığmanın mətbuat katibi bildirib ki, bu, siyasi sual olduğu üçün ona cavab verilməyəcək. Baş məşqçi özü də bir neçə dəfə sualın siyasi olduğunu deyib və cavab verməkdən imtina edib.
Jurnalist israr etdikdə isə Kaparros mətbuat konfransını tərk edib. O, konfransı tərk edərkən ukraynalı jurnalist belə deyib: “Belə reaksiya verdiyin üçün utanmırsan?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin