Ukraynalı futbolçu Mbappenin uğurunu təkrarladı
İtaliya çempionatının 17-ci turu çərçivəsində “Roma” səfərdə “Parma” üzərində 5:0 hesablı qələbə qazanıb. Romalıların qollarından birini Artyom Dovbik vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı hücumçu son iki mövsümdə Avropanın ən yaxşı 5 çempionatında 20 fərqli komandaya qol vuran ikinci oyunçu olub. Bundan əvvəl hazırda “Real”da çıxış edən 26 yaşlı forvard Kilian Mbappe də analoji nailiyyət əldə etmişdi.
Dovbik 2024/25 mövsümünün ilk yarısında 22 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin