“Əvvəlki üç ay bir az çətin idi, amma indi bir qədər asanlaşıb” – Ukraynalı hücumçu
İtaliya çempionatının 21-ci turu “Roma”nın “Cenoa” üzərində 3:1 hesablı qələbəsi ilə başlayıb.
Komanda.az “forzaroma.info”-ya istinadən xəbər verir ki, oyundan sonra komandasının ilk qolunun müəllifi olan “Roma”nın ukraynalı hücumçusu Artyom Dovbik açıqlama verib:
“Qələbə qazanmaq vacib idi və ardıcıl ikinci matçda qol vurdum. Əvvəlki üç ay bir az çətin idi, amma indi bir qədər asanlaşıb”.
“Roma” İtaliya çempionatının növbəti turunda səfərdə “Udineze” ilə qarşılaşacaq. Komanda hazırda A Seriyasının turnir cədvəlində 9-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin