“Real”ın qapıçısı Türkiyə klubuna keçə bilər

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin klubu tərk etməyə hazırlaşır. O, karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, 24 yaşlı qolkiper oyun müddətindən narazıdır.

Ona əsas namizəd isə “Qalatasaray”dır.

Luninin “Real”la müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir, ancaq rəhbərlik onu 20 milyon avroya buraxmağa hazırdır. Madridlilər həmçinin, “Espanyol”un 24 yaşlı qapıçısı Xuan Qarsiya ilə danışıqlara başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button