“İnter”in hədəfindədir – Polşalı futbolçu
“İnter” “Napoli”nin futbolçusu Pyotr Zelinskini transfer etmək üçün hərəkətə keçib.
Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta bildirib. Klub artıq danışıqlar çərçivəsində “Napoli”nin prezidenti Aurelio De Laurentislə də əlaqə saxlayıb.
“İnter” rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin komandanı gücləndirəcəyinə inanır.
Marrota bunu da qeyd edib ki, hazırda danışıqlar davam edir və Zelinskini heyətə qatmaq üçün maksimum çalışacaqlar.
Zelinski 2016-cı ildən “Napoli”də oynayır. O, komandanın heyətində 355 oyun keçirib, 50 qol vurub və 46 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin