
Ukraynalı futbolçunun 300 min vergi borcu yaranıb
“Arsenal”ın futbolçusu, hazırda “Nottingem Forest”də icarə əsasında çıxış edən Ukrayna millisinin müdafiəçisi Oleksandr Zinçenko Böyük Britaniyanın Vergi və Gömrük Xidməti (HMRC) tərəfindən 300 min funt sterlinq məbləğində vergi borcunu ödəməyə çağırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin təfərrüatları bu həftə üzə çıxıb. Belə ki, ukraynalı futbolçunun imic hüquqlarını idarə edən “Ukraina 28” adlı şirkət könüllü ləğv prosesinə başlayıb. Bu şirkət Zinçenkonun futbol fəaliyyəti nəticəsində əldə etdiyi gəlirin bir hissəsini idarə edirdi.
Fevralda məhkəmə şirkətin məcburi ləğvini dayandırıb. Zinçenkonun nümayəndələri cəriməni ödəməyi qəbul etdikdən sonra məsələ bağlanıb. Ancaq ödənilən cərimənin dəqiq məbləği ictimaiyyətə açıqlanmayıb.
Zinçenko bu şirkətin yeganə səhmdarı idi. Ancaq iyulda Ukrayna Futbol Assosiasiyasının nümayəndəsi Artemiy Ryabov şirkətə rəhbərliyi üzərinə götürüb və adını “Ozir Ltd” olaraq dəyişib.
Bizi Facebook-da izləyin



