Ukraynalı futbolçu 3 “nəhəng”in hədəfindədir

Qapıçı Andrey Lunin bir neçə həftə əvvəl “Real”la müqaviləsini 2030-cu ilin ortalarına qədər uzadıb. Bununla belə, ukraynalı futbolçu Avropa superklublarının “radar”ında qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Luninlə “Mançester Siti”, “Mançester Yunayted” və PSJ maraqlanır.

“Mançester Yunayted” Andre Onananın çıxışından narazıdır və Ederson gələn il gedərsə, “Mançester Siti”yə də qapıçı lazım ola bilər. Edersonun daha əvvəl Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Lunin ötən mövsüm Tibo Kurtua zədələndiyi zaman “Real”da yaxşı çıxış edib.

“Transfermarkt” portalı 25 yaşlı ukraynalı futbolçuya 25 milyon avro qiymət qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button