La Liqanın bombardiri üçün daha bir “müştəri”
“Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbik üçün yeni iddiaçı ortaya çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vest Hem” hücumçunu öz sıralarına cəlb etmək istəyir. “Çəkicdöyənlər” son vaxtlara qədər futbolçuya əsas namizəd hesab edilən “Atletiko” ilə mübarizə aparmağa hazırdır.
İtaliyanın “Roma” klubu da 27 yaşlı forvardın xidmətində maraqlıdır.
Dovbik ötən mövsüm İspaniya La Liqasının bombardiri olub. Ukraynalı forvard 25 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin