Ukrayna millisinin futbolçuları xalqa müraciət ediblər

Ukrayna millisinin futbolçuları bütün ölkə sakinlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik ediblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular 2024-cü ildə azarkeşlərə ilham və qələbələr arzulayıblar. Videomüraciət “youbube”da yayımlanıb. Təbriklərə “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko, “Çelsi”nin vingeri Mixail Mudrik, “Everton”un müdafiəçisi Vitali Mykolenko, “Dinamo”nun yarımmüdafiəçisi Vladimir Brajko, “Jirona”nın hücumçusu Artyom Dovbik, “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov, “Dinamo”nun qapıçısı Ruslan Neşkertyu qoşulub.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. C qrupunda 14 xalla qrup üçüncüsü olan Ukrayna yığması turnirə birbaşa vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button