“Ukrayna yığması böyük rəqibdir” – Dzeko

Bosniya və Herseqovina millisinin kapitanı Edin Dzeko AÇ-2024-ün seçmə mərhələsinin pley-off mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı nəticə əldə edəcəklərinə inanır:

“Yaxşısı odur ki, oyunçularımızın çoxu rəqabətədavamlı formadadırlar və klubları üçün mühüm rol oynayırlar. Bu, yaxşı nəticə üçün şərtlərdən biridir. Rəqabətli ritmdə olan oyunçular olanda məşqçi üçün komanda toplamaq daha asan olacaq.

Aydındır ki, Ukrayna yığması böyük rəqibdir. Bizim onlarla rəqabət aparmaq imkanımız var və biz nə gözlədiyimizi bilirik. Bununla belə, evdə, azarkeşlərimizin önündə oynayırıq və irəliləmək şansımız var. Bilirəm ki, AÇ-2024-ə vəsiqə qazanmaq üçün mütləq əlimizdən gələni edəcəyik”.

Ukrayna ilə Bosniya və Herseqovina yığmaları arasında AÇ-2024-ün seçmə mərhələsinin pley-off oyunu martın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button