Ukrayna üçün döyüşən baş məşqçi ilə yollar ayrıldı

Yuri Vernidub Moldovanın “Şerif” komandasının baş məşqçi postunu tərk edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

“Şerif” ukraynalı mütəxəssisin Tiraspol təmsilçisinin tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayib.

Vernidub 2021/2022 mövsümündə “Şerif”i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. İspaniyanın “Real”, İtaliyanın “İnter” və Ukraynanın “Şaxtyor” (Donetsk) komandaları ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.

Vernidub Rusiyanın Ukraynaya hücum etməsindən sonra ölkəsinin müdafiəsinə qalxaraq, əlinə silah alıb, döyüşlərə qatılıb. Bu barədə bir neçə dəfə mətbuatda məlumat gedib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button