Ukrayna Premyer Liqasının oyunlarını İtaliyada keçirmək təklifi
İtaliya futbol üzrə Ukrayna Premyer Liqasının 2021/22 mövsümünün növbəti turlarına ev sahibliyi etməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina açıqlama verib. 68 yaşlı federasiya rəhbəri bunları deyib:
“İtaliya Futbol Federasiyası qaçqınların qəbuluna kömək etdiyi kimi, Ukrayna çempionatının oyunlarını keçirməyə də hazırdır. Biz başqa təşəbbüslər üzərində də işləyirik”.
Ukrayna çempionatı fevralın 24-də, Rusiya ilə müharibə başlaması səbəbindən dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin