Sona 5 tur qalmış çempion oldular!

Ukrayna Premyer Liqasında mövsümün çempionu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Şaxtyor” klubudur. 27-ci tur çərçivəsində “Aleksandriya”nı məğlub edən (3:2) Donetks təmsilçisi sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Şaxtyor” ən yaxın izləyicisi Kiyev “Dinamo”su ilə xal fərqini 19-a çatdırıb. Bir oyun az keçirən “Dinamo” son 6 matçda qələbə qazanasa belə, “Şaxtyor”a çata bilmir.

“Şaxtyor” klub tarixində 13-cü dəfə Ukrayna Premyer Liqasının qalibi olub. Komandanın baş məşqçisi Luiş Kaştru isə 23 illik məşqçi karyerasında ilk dəfə titul qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button