Ukrayna Premyer Liqası dayandırıldı
Futbol üzrə Ukrayna Premyer Liqası dayandırılıb.
Komanda.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə hərbi vəziyyətin tətbiqi səbəb olub.
Ukrayna Premyer Liqası qış fasiləsindən sonra – fevralın 25-də bərpa olunmalı idi.
Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin