Millinin yeni baş məşqçisi rəsmən təqdim edildi

Ukrayna millisinin yeni baş məşqçisi rəsmən təqdim edilib.

Komanda.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko Sergey Rebrovun bu posta gətirildiyini açıqlayıb.

49 yaşlı mütəxəssis yığma komandada baş məşqçi kimi debütünü iyunun 12-də, Almaniya millisinə qarşı yoldaşlıq oyununda edəcək.

Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna millisinin formasını geyinib. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” komandasının “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button