Ukrayna millisinin sabiq üzvü Azərbaycanda oynaya bilər
Ukrayna millisinin sabiq üzvü Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az “sport.ua” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı “Dinamo Kiev İnsiderin” “telegram” kanalı məlumat yayıb. Xəbərdə, hazırda klubsuz qalan 33 yaşlı müdafiəçinin Azərbaycan, ya da Qazaxıstana üz tutacağı bildirilib.
Xaçeridinin istədiyi məvacibi Ukrayna Premyer Liqası klubları vermək istəmir. Bu səbəbdən müdafiəçinin meneceri bütün diqqəti Azərbaycan və Qazaxıstana yönəldib.
Ukrayna yığmasında 51 oyuna 3 qol vuran Xaçeridi, ölkəsində “Dinamo” (Kiyev), “Volın”, “Metallurq-2”, Yunanıstanda PAOK, Belarusda isə “Dinamo”da (Brest) çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin