Ukrayna millisinin sabiq futbolçusu karyerasını bitirdi

Ukrayna millisinin sabiq qapıçısı Denis Boyko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper hər gün komanda və nəticələr əldə etmək naminə futbol meydançasında bütün varlığını verdiyini deyib:

“Kimisə incitmişəmsə və ya davranışım kiminsə xoşuna gəlməyibsə, üzr istəyirəm, bunlar sadəcə hisslərdir və mən dünyamızda hər kəs kimi səhv edə bilən bir insanam. Hər gün istisnasız olaraq komanda və nəticələr əldə etmək naminə futbol meydançasında bütün varlığımı vermişəm, ona görə də, bu gün peşəkar karyeramı vicdanımla başa vurmaq imkanım var!”

37 yaşlı Boyko Kiyev “Dinamo”sunun heyətində Ukrayna, “Beşiktaş”la isə Türkiyə çempionu olub. O, həmçinin “Dnepr”, “Krivbass”, Kiyev ÇSKA-sı, “Obolon” və “Malaqa”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button