Ukrayna millisinin oyunu təxirə salındı
Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.
Komanda.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə keçirilməsi planlaşdırılan görüş regiondakı hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.
Komandalar ilk oyunu fevralın 24-də, İspaniyanın Kordoba şəhərində keçirəcək.
Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin