Ruslara yardım etdi – Ukrayna millisinin keçmiş kapitanı

Ukrayna milli komandasının keçmiş kapitanı Anatoli Timoşuk zərər çəkmiş Kursk vilayətinin sakinlərinə kömək edib.

Komanda.az “Russian Fan Auction”-a istinadən xəbər verir ki, Timoşuk Leninqrad mühasirəsi qurbanlarının anım günündə oyun üçün buraxılmış formasını hərraca çıxarıb. O, bunun üçün 700 min rubl (təxminən 13 min manat) alıb.

Timoşuk Ukrayna millisinin heyətində 144 oyun keçirib, 4 qol vurub. O, üç dəfə vətənində ilin oyunçusu seçilib.

Timoşuk hazırda “Zenit”də Sergey Semakın məşqçilər heyətində yer alır.

Rusiya 2022-ci ildə Ukraynaya hücum edərək, torpaqlarını işğal edib. Müharibə hələ də davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button