
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Futbol üzrə Ukrayna millisinin baş məşqçisi postundan ayrılıb.
Komanda.az xəbər verir ki, Aleksandr Petrakov istefa ərizəsini futbol federasiyasına təqdim edib.
Bu barədə UFF-nın mətbuat xidməti məlumat yayıb. Ayrılığın səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, Aleksandr Petrakov 2021-ci ilin noyabrından Ukrayna millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda pley-offda Uelə uduzaraq DÇ-2022-yə vəsiqə qazana bilməmişdi. Mütəxəssis buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin