
Ukrayna millisinə texniki məğlubiyyət verildi – ruslara görə
Qılıncoynatma üzrə kişilərdən ibarət Ukrayna millisi Misirin paytaxtı Qahirədəki dünya kubokunda texniki məğlubiyyət alıb.
Komanda.az “sport.ua” saytına istinadən xəbər verir ki, buna Ukrayna millisinin Rusiya ilə 1/8 final görüşünə çıxmaması səbəb olub.
Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin