Ukrayna millisi Rumıniyaya böyük hesabla uduzdu

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün keçirilməsi nəzərdə tutulmuş üç oyundan biri artıq başa çatıb.

E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gəliblər. Rumınlar 3 cavabsız qola seviniblər.

Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkəcək.

D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gələcək.

AÇ-2024
E qrupu

17 iyun

Rumıniya – Ukrayna 3:0
Qollar
: Stançu, 29. Marin, 53. Draquş, 57.
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. “Alliants Arena”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button