
Ukrayna millisi Belarus yığması ilə oyunu boykot edir
Çimərlik futbolu üzrə Ukrayna millisi Avroliqada bürünc medallar uğrunda Belarus yığması ilə oyunu boykot edir.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin çimərlik futbolu assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” sentyabrın 14-nə planlaşdırılan matça çıxmaqdan imtina edəcək. Beləliklə, Ukrayna yığması avtomatik olaraq Avroliqada dördüncü yeri tutacaq, Belarus komandası isə turnirin bürünc medallarının sahibi olacaq.
Avroliqa-2025-in final qarşılaşmasında İspaniya və İtaliya milliləri qarşılaşacaq.
Belarus Ukraynaya işğalçı hücumlarını davam etdirən Rusiyanın ən yaxın dəstəkçilərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



