Ukrayna millisi Bakıdakı dünya çempionatında böyük hesabla uduzdu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb.

Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər. Britaniyalılar rəqibini 4 cavabsız qolla üstələyib.

Daha əvvəl Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button