İddia: “Çelsi” Lempardı Şevçenko ilə əvəzləyəcək

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko “Çelsi”ni çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Le10sport” portalı məlumat yayıb. “Çelsi”də baş məşqçi Frenk Lempardın istefaya göndəriləcəyi təqdirdə, onun yerinə Şevçenko gətirilə bilər.

“Çelsi”nin sahibi Roman Abramoviç ukraynalı mütəxəssisin millidəki işini yüksək qiymətləndirir.

Ukrayna yığmasına rəhbərlik edən Şevçenko, futbolçu karyerası ərzində 2006-2008-ci illərdə London klubunda çıxış edib.

Lempardın rəhbərlik etdiyi “Çelsi” Premyer Liqada 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button