
AÇ-2020: Ukrayna yığmasında ciddi itki – 1/4 finalı buraxacaq
Ukrayna milli komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, AÇ-2020-nin 1/8 final mərhələsinin İsveçlə matçında (2:1) zədələnən Artem Besedin uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Besedinin sağalma vaxtı 6 aya qədər uzana bilər.
Kiyev “Dinamo”sunda çıxış edən hücumçunun müalicəsinə başlanılıb.
Ukrayna yığması AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin