“Ukrayna makedoniyalılardan daha mütəşəkkil komandadır” – Spaletti

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsinin 6-cı turunda Ukrayna yığması ilə qarşıdakı oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis oyunun çətin olacağını bildirib:

“Ukrayna makedoniyalılardan daha mütəşəkkil komandadır. Çətin oyun olacaq. Onların topda hansı mövqelərdə oynamalı olduqları barədə dəqiq təsəvvürləri var. Çalışacağıq ki, hərəkətlərimizi sürətli əks-hücumlar üzərində quraq. Sadəcə, İngiltərəyə vurduqları qola baxın. Onların müdafiəsində dar qapını açmaq üçün topu saxlamaq məcburiyyətindəyik”.

AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turunda İtaliya millisi Şimali Makedoniya ilə heç-heçə edib (1:1).

İtaliya – Ukrayna qarşılaşması bu gün baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button