Ukrayna mətbuatı: “Zirə” futbolçusu üçün 1,5 milyon avro istəyəcək

Ukraynanın “Dinamo” (Kiyev) klubu “Zirə”nin futbolçusu Salif Sumanın transferindən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə Ukraynanın “TaToTake” proqramının jurnalisti Mixail Spivakovski məlumat yayıb.

O, baş tutmayan transfer haqda bunları yazıb:

“Dinamo”nun danışıq apardığı digər oyunçu isə “Zirə”nin sağ cinah yarımmüdafiəçisi Salifu Sumadır. Bu futbolçu ilə LNZ də maraqlanırdı. Əsl problem “Zirə”nin Suma üçün 1 milyon avro istəməsidir. Suma üçün məbləğ kifayət qədər böyükdür, bilirəm ki, LNZ-dən də eyni miqdarda pul istəyiblər. LNZ və “Dinamo” üçün şərtlər eyni idi. Futbolçunun profilini bir az öyrəniblər, statistikası əladır. “Zirə” ilə müqaviləsini artırıb. Düşünürəm ki, onlar hardasa 1,5 milyon avro civarında pul istəyəcəklər, ona görə də, biz Suma məsələsi ilə vidalaşa bilərik”.

“Zirə” Salifu Suma ilə müqavilə müddəti artırıb və qvineyalı 2027-ci il iyunun 30-na qədər qəsəbə klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button