Ukrayna klubunun rəsmisi FİFA-nı hədələdi

Donetsk “Şaxtyor”unun idman direktoru Dario Srna FİFA-nı tənqid edib.

Komanda.az xəbər verir ki, Rusiyanın Ukrayna ərazisinə soxulmasından sonra FİFA bu ölkələrin komandalarında çıxış edən futbolçuların müqavilələrini ləğv etmək üçün onlara səlahiyyət verib. FİFA-nın bu qərarı Srnanı qane etmir:

“Çoxu Ukraynanı dəstəklədiklərini deyir, amma bunu etmirlər. Məsələn, FİFA Ukrayna futbolunu və onun oyunçularını UEFA kimi qorumur. Biz klub olaraq bu çətin vəziyyətdə hansısa kompromis axtarırıq, əks halda, yatırım etdiyimiz bir çox futbolçunu pulsuz itirəcəyik.

FİFA başa düşməlidir ki, Ukraynadan gələn bütün oyunçuları qorumaq onların vəzifəsidir. Biz kompromis tapmaq üçün bir yol tapmalıyıq, əks halda, çətin olacaq və məhkəməyə müraciət etməli ola bilərik.

Klublarımız üçün mübarizə aparacağıq. Bizə hörmət olunmalıdır. Şərqi Avropanın ən yaxşı klubuyuq və bu imic, hörmətimiz üçün mübarizə aparacağıq. Başqaları bizə kömək etdi: UEFA prezidenti Aleksander Çeferin sağ qalmağımıza kömək etdi, lakin FİFA bunu etmir. Belə davam etsələr, onları məhkəməyə verəcəyik”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button