“Şaxtyor”da yeni baş məşqçi

Marino Pusiç Donetsk “Şaxtyor”un yeni baş məşqçisi təyin olunacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb. Təyinatın bu gün rəsmən açıqlanacağı gözlənilir.

52 yaşlı Pusiç son olaraq “Feyenoord”da baş məşqçi Arne Slotun köməkçisi kimi çalışıb.  Onun baş məşqçi kimi yeganə təcrübəsi “Tvente”də 2017-2019-cu illərdə olub.

“Şaxtyor” baş məşqçi əvəzi Dario Srnanın rəhbərliyi altında Ukrayna çempionatının 11-ci turunda LNZ-ni məğlub edib (3:0). Donetsk klubu baş məşqçisi Patrik van Liveni istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button