Ukrayna klubu məşqləri bərpa etdi
Ukraynanın “Şaxtyor” klubu koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqlərini bərpa edib.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Komanda üzvlərinin 4 qrupa ayrılaraq, təxminən 1 saat məşq etdiyi bildirilir.
“Şaxtyor” son oyununu martın 15-də “Zarya”ya qarşı keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin