Şevçenko federasiya prezidenti oldu
Ukrayna Futbol Federasiyasının konqresi keçirilib.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, konqresdə qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı keçmiş futbolçu Andrey Şevçenko təyin edilib.
Ukrayna futbol rəsmiləri qurumun prezidenti vəzifəsinə yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyiblər.
“Milan”ın və “Çelsi”nin keçmiş hücumçusu qurum tarixində 6-cı prezident olub. Təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin