Ukrayna Futbol Federasiyasının prezidenti haqqında araşdırma başladı
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko haqqında araşdırma başladılıb.
Komanda.az “Associated Press”ə istinadən xəbər verir ki, federasiya prezidenti korrupsiyada ittiham olunur. UEFA İcraiyyə Komitəsinin üzvü olan Pavelko qurumun 2017-ci ildə Ukrayna Futbol Federasiyasına göndərdiyi pulları izah etmək üçün 2018-ci ildən bəri təhqiqatçılarla yazışmalar aparıb.
UEFA məsələylə bağlı açıqlama verməkdən imtina edib.
Keçən il “Lillustre” nəşri UEFA-dan Ukraynaya göndərilən pullarla bağlı məqalə dərc edib. Bundan sonra sözügedən nəşrin jurnalisti Ukraynadan gələn zənglə təhdid olunub. Məsələylə bağlı Pavelko İsveçrə prokurorluğu tərəfindən dindirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin