Ukrayna klubu rus dilində verilən müsahibəyə görə cərimələndi

Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Veres” klubunu cərimələyib.

Komanda.az xəbər verir ki, buna səbəb “Veres”in futbolçusunun “Dinamo” ilə çempionat matçından sonra Ukrayna dilində deyil, rus dilində müsahibə verməsi olub. Cərimənin məbləği məlum deyil.

Bundan sonra “Veres” nümayəndələri mətbuat üçün müsahibə və şərhlərini yalnız Ukrayna dilində verməli olacaqlar. Dövlət dilini lazımi səviyyədə bilməyən futbolçular və digər əməkdaşlar üçün klub dil kursu təşkil etməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button