Ukrayna Futbol Assosiasiyasının prezidenti koronavirusa yoluxdu
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə 45 yaşlı funksioner rəsmi “facebook” hesabından məlumat yayıb. Pavelko, koronavirus testinin müsbət çıxdığını bildirib. Pavelkonun hazırda vəziyyəti yaxşıdır və o, karantin şəraitindədir.
Andrey Pavelko 2015-ci ildən Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2019-cu ildən isə UEFA İcraiyyə Komitəsinin üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin