Ukrayna FİFA və UEFA-ya müraciət etdi – Rusiyaya görə

Ukraynanın Gənclər və İdman Nazirliyi FİFA və UEFA-nı 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının beynəlxalq turnirlərə buraxılması qərarını ləğv etməyə çağırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna İdman Nazirliyi, həmçinin UEFA-ya üzv olan bütün assosiasiyalara Rusiya millisinin iştirakı ilə keçiriləcək istənilən oyun və turnirlərin boykotuna qoşulmaq xahişi ilə müraciət edib.

Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi 17 yaşdan aşağı futbolçuları olan Rusiya milli komandalarına öz himayəsi altında yarışmağa icazə verib. Qərar həm kişi, həm də qadın komandalarına şamil edilir. Bundan sonra Ukrayna, İngiltərə, Polşa, Latviya, İsveç, Danimarka, Norveç, Litva, Finlandiya və Rumıniya Rusiyanın gənclərdən ibarət komandalarının iştirakı ilə keçirilən yarışlarda iştirakdan imtina edib. Bununla belə, “Sky News”-un məlumatına görə, UEFA Rusiya milliləri ilə oynamaqdan imtina edən ölkələri sakitləşdirməyə çalışır.

Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA ilə UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya təcavüzkar hücumudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button