
Ukrayna dünya çempionu oldu
20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, turnirin finalında Ukrayna və Cənubi Koreya yığmaları üz-üzə gəlib.
Polşanın ev sahibliyi etdiyi və 22-ci dəfə keçirilən mundialın həlledici oyununda qapılara 4 qol vurulub. Qarşılaşma Avropa təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1.
Bununla da Ukrayna yığması tarixində ilk dəfə dünya çempionu adını qazanıb.
Üçüncü yer uğrunda oyunda isə İtaliya və Ekvador yığmaları qarşılaşıb. Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtın 95-ci dəqiqəsində İtaliya penaltini qeyri-dəqiq yerinə yetirib. 104-cü dəqiqədə Riçard Mina Ekvadora qələbə qazandırıb. Cənubi amerikalılar turniri 3-cü pillədə başa vurub.

Bizi Facebook-da izləyin