Ukrayna çempionatında yeni mövsümə start verildi

Futbol üzrə Ukrayna Premyer Liqasında 2022/23 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi səbəbindən 6 ay idi futbolsuz qalan Ukraynada nəhayət ki, ilk rəsmi matç baş tutub.

Belə ki, bu gün yeni mövsümün açılış matçı çərçivəsində Donetsk “Şaxtyor”u Xarkov “Metallist”ini qəbul edib. Kiyevdəki “Olimpiya” stadionunda baş tutan matçda hesab açılmayıb.

Günün digər oyunlarında Odessa “Çernomorets”i “Veres-Rivne”yə, “Krivbass” “Kolos”a 0:1 hesabıyla uduzub. Luqansk “Zarya”sı isə “Vorskla” üzərində 3:1 hesablı qələbəyə sevinib.

Müharibə səbəbindən oyunlar yalnız Kiyevdə və daha etibarlı olan qərb bölgəsində azarkeşsiz keçirilir. Matçların keçirildiyi stadionlarda xüsusi sığınacaqlar da qurulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button