Ukrayna çempionatında oyun təxirə salındı – koronavirusa görə
Ukrayna Premyer Liqasının 24-cü turunun “Karpatı” – “Mariupol” oyunu baş tutmayacaq.
Komanda.az xəbər verir ki, buna səbəb Lvov klubunun bəzi futbolçu və əməkdaşlarının koronavirusa yoluxmasıdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Koronavirus testi müsbət nəticələnən şəxslər karantinə alınıb.
Mayın 31-də keçirilməsi planlaşdırılan oyunun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək.
Görüş mayın 31-nə nəzərdə tutulurdu. Qarşılaşmanın taleyinə dair qərar tezliklə veriləcək.
Ukrayna Premyer Liqası bu gün bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin