Ukraynalı qapıçı Ançelottiyə müraciət etdi

“Real”ın qapıçısı Andrey Lunin “Osasuna” ilə oyundan (4:2) sonra komandanın baş məşqçisi Karlo Ançelottiyə müraciət edib.

Komanda.az “realmadridexclusivo”-ya istinadən xəbər verir ki, ukraynalı qapıçı baş məşqçiyə onu ruhdan salmayacağını bildirib:

“Cənab, mən sizi ruhdan salmayacam”.

Lunin, Ançelottinin və məşqçilər korpusunun onun əla formada olduğunu və zədəli digər qapıçı Tibo Kurtuanın qayıtmasından sonra da bu mövsüm “bir nömrə” statusunu qoruyub saxlamağa çalışdığını nəzərə almasını istədiyini bildirib.

25 yaşlı Lunin 2018-ci ildə “Zarya”dan “Real”a 8,5 milyon avroya keçib. Qapıçı bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və 17 qol buraxıb. Onun “kral klubu” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button