
Uilyamsın qiyməti məlum olub
İstənilən klubun “Atletik”in vingeri Niko Uilyamsı yay transfer pəncərəsində hansı məbləğə satın ala biləcəyi məlum olub.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun Bilbao klubu ilə müqaviləsində sərbəst qalma bəndi 58 milyon avro təşkil edir.
Uilyamsa böyük maraq göstərən klublar arasında “Barselona”, “Arsenal” və “Real” qeyd edilir.
22 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 38 oyunda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun “Atletik”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin